Moskva "Tramp yolu" təşəbbüsünün detalları və bu layihədə Rusiyanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələr aparmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kaluqin RİA Novosti-yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, regionda Rusiya dəmir yolu kolyası istifadə olunur və "Tramp yolu"nun əsas hissəsi Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçəcək:
"Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyünü nəzərə alsaq, bu təşəbbüsün həyata keçirilməsində Rusiyanın iştirakı olmadan tərəfdaşların irəliləməsi çətin olacaq".