Rusiya Avropaya hücum niyyətində deyil.
Teleqraf xəbər verir ki, bu fikirləri rusiyalı senator Aleksey Puşkov deyib.
Onun sözlərinə görə, Moskva nə Finlandiya, nə Polşa, nə də digər Avropa ölkələrinə qarşı ərazi iddiası irəli sürmür:
"Rusiya Avropaya hücum etməyəcək, çünki bizim ona qarşı heç bir iddiamız yoxdur. Avropa ilə hərbi münaqişə üçün əsas görmürük. Avropa siyasətçilərinin Rusiyadan gələn təhlükə barədə bəyanatları Ukraynanın NATO-ya üzvlüyünü sürətləndirmək və həmin ölkədən Rusiya əleyhinə hərbi infrastruktur üçün tramplin kimi istifadə etmək məqsədi daşıyır".
Senator əlavə edib ki, Avropa İttifaqı Kiyevə davamlı dəstəyini və Ukraynanın silahlandırılmasını əsaslandırmaq üçün anti-Rusiya ritorikasına ehtiyac duyur.