Rusiyanın Volqoqrad hava limanında təyyarələrin enmə-qalxması ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Axar.az xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.
“Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək üçün edilib”, - deyə bildirilib.
Bundan əlavə, Penza hava limanında isə "Xalça" rejimi tətbiq olunub. Həmçinin təyyarələrin gediş və gəlişinə müvəqqəti məhdudiyyətlər qoyulub.