Sağalmaz yaralar açılır !- “ Fransa hökuməti İslamla düşmənliyi dayandırmalıdır”
Banuçiçək Kalbalıyeva
12:54 29.10.2020
Dünya
693
Rauf Arifoğlu: “Və, sizi inandırım ki, bu, həmin dövlətə fayda verməz”
"Fransa müsəlman ölkəsidir"- Bunu Fransanın İsveçdəki səfiri Etien de Qonvil paytaxt Stokholmda yayımlanan "Agenda" verilişindəki çıxışında söyləyib.
Qonvil açıqlamasında "İslam Fransanın ən böyük dinidir. Buna görə də Fransa müsəlman ölkəsi sayılır. Ölkədə 4-8 milyon arası müsəlman yaşayır. Əvvəlcə, müsəlmanlar bizi anlayacaqlar", - deyə qeyd edib.
Siyasətçi normal müsəlmanların hörmətli insanlar olduqlarını və radikal müsəlmanları tənqid etdiklərini söyləyib.
Düzü, diplomatın bu açıqlaması şəxsən məni təəccübləndirdi. Çünki Fransa prezidenti Emanuel Makron həmişə olduğu kimi, indi də islamofobiya siyasəti yeridir, müsəlmanları hədəf alır.
“Yeni Müsavat” media holdinqin rəhbəriRauf Arifoğlu bu paradoksal vəziyyətlə bağlı münasibətini “Sherg.az”la bölüşüb:
“Mənə elə gəlir ki, həmin səfir Makrondan qat-qat ağıllı adamdır. Hər halda Fransada 3 milyon müsəlman yaşayır. Bu, çox ciddi rəqəmdir. Ermənilərin sayı isə cəmi 700 mindir. Onların “haqq” və “hüquq”larını müdafiə edən hökumət İslam dini ilə açıq-aydın düşmənlik edir.
Bu, Fransa ilə İslam dünyasının əlaqələrinə xələl gətirməkdir.
Ümumiyyətlə, hazırkı iqtidar çox yanlış yol tutub. Səfirin açıqlamasının sağlam xətt kimi özünü büruzə verməsini arzulayıram. Hökumət İslamla düşmənliyi dayandırmalıdır. Fransa iqtidarı çox uzağa gedib.
Sağalmaz yaralar açılır. Və, sizi inandırım ki, bu, həmin dövlətə fayda verməz”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazından keçid üçün “yoxlama sistemi” hazırlayır
16:28 20.03.2026
Region
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
16:03 20.03.2026
Cəmiyyət
İranın "Bəsic" qüvvələrinin kəşfiyyat rəhbəri öldürülüb
15:06 20.03.2026
Gündəm
İran İsrailə ballistik raketlərlə hücum etdi - YENİLƏNİB
13:59 20.03.2026
Dünya
Trampla? Yox, yox, yox... - Quterreş
13:35 20.03.2026
Dünya
ABŞ-ın özünü bu cür aparmasına imkan verməyin!
12:52 20.03.2026
Dünya
İsrail səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
12:24 20.03.2026
Dünya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb
12:15 20.03.2026
Ekologiya
SEPAH generalı Əli Məhəmməd Naini öldürülüb
12:07 20.03.2026
Gündəm
İsrail Suriyanın cənubundakı hərbi obyektlərə hücum edib
11:24 20.03.2026
Dünya
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
11:15 20.03.2026
Hadisə
İrana qurudan əməliyyat ola bilər - Netanyahu
11:06 20.03.2026
Gündəm
Neftçalada iki qardaş avtomobillə kanala düşərək ölüb
10:57 20.03.2026
Hadisə