Səfir: “İran hakimiyyətinin devrilməsi HAMAS, Hizbullah və Husilərin sonu olacaq”

ABŞ-ın İsraildəki səfiri Mayk Hakkabi bildirib ki, İranın hazırkı hakimiyyətinin uzaqlaşdırılması İranın dəstəklədiyi HAMAS, “Hizbullah” və “Husilər” kimi silahlı qruplaşmaların da sonu demək olacaq.

APA xəbər verir ki, səfir bu barədə X sosial şəbəkəsindəki hesabında yazıb.

“Əgər İran xalqı 46 ildən artıq davam edən nifrət dolu və səriştəsiz idarəçiliyə son qoymağı seçərsə, bu, təhsil, incəsənət, musiqi və güc üzərində qurulmuş fars mədəniyyətinin bərpasına, eyni zamanda HAMAS, Hizbullah və “Husilər”in də sona çatmasına gətirib çıxara bilər”, – deyə Hakkabi yazıb.