SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir

“Düşmən İran xalqının hakimiyyətə və sistemə olan etimadını sarsıtmağa çalışır”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Məhəmməd Sacedifər deyib.

“Bizim ancaq bir düşmənimiz var. O, bu xalqın canına qəsd etmək niyyətindədir və onun üçün sağın da, solun da heç bir fərqi yoxdur. Sərt iqtisadi-mədəni təzyiqlərə baxmayaraq İranın parçalanmaması möcüzədir.”

Əgər düşmən bu gün bizimlə hərbi qarşıdurmaya girməyə hazır deyilsə, bunun səbəbi aldığı ağır zərbələrdir. Düşmən artıq İranla hərbi qarşıdurmanın onun üçün hansı ağır bədəllərə başa gələcəyini anlayıb”, - SEPAH rəsmisi bildirib.