Səudiyyə Ərəbistanı husi üsyançıları ilə münaqişənin gərginləşməsinin qarşısını almaq üçün diplomatik səylər göstərir.
Teleqraf xəbər verir ki, bu barədə Bloomberg mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Ər-Riyad nümayəndələri Omanın vasitəsilə husilərlə danışıqlar aparırlar. Eyni zamanda, Səudiyyə Ərəbistanı da danışıqların uğursuz olacağı təqdirdə hərbi ssenariyə hazırlaşır.
Agentliyin qeyd etdiyi kimi, ABŞ administrasiyasının rəsmiləri Səudiyyə Ərəbistanını Qırmızı dənizdə üsyançıların gəmilərə hücumlarına genişmiqyaslı hərbi əməliyyatlarla cavab verməməyə çağırıblar, çünki hərbi əməliyyatların intensivləşməsi beynəlxalq gəmiçilik fəaliyyətini daha da poza və enerji bazarlarında vəziyyəti daha da pisləşdirə bilər. Bundan əlavə, agentlik qeyd edir ki, husilərlə münasibətlərin gərginləşməsi Ər-Riyadı İranla münaqişəyə daha da cəlb edə bilər.