ABŞ-ın “Axios” portalı Səudiyyə Ərəbistanının ABŞ Prezidenti Donald Trampdan husilərə qarşı hücuma keçməyi istədiyini iddia edib.
Sherg.az xəbər verir ki, məlumat ABŞ rəsmilərinə istinadən yayılıb.
Məlumata görə, Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman dünən Trampa iki dəfə zəng edib. Husilərin Qırmızı dənizdə, Babülməndəb boğazı yaxınlığındakı strateji əhəmiyyətli Muha limanına çatmasından sonra vəliəhd ABŞ-dan husilərə zərbə endirməsini istəyib.
Lakin Tramp bu tələbi rədd edib. ABŞ-ın hazırda husilərə birbaşa müdaxilə etmək niyyətində olmadığı bildirilir. Vaşinqtonun Səudiyyə Ərəbistanına husilərlə bağlı kəşfiyyat dəstəyi verdiyi qeyd olunub.

Mənbələrə görə, ABŞ-ın hazırkı əsas diqqəti İran və Hörmüz boğazına yönəlib və Vaşinqton yeni cəbhənin açılmasından yayınmağa çalışır.