Şimali Koreya ABŞ-yə çata biləcək yeni raket mühərrikini sınaqdan keçirdi

Şimali Koreya lideri Kim Çen In ölkənin hərbi arsenalını gücləndirmək məqsədilə hazırlanan müasir bərk yanacaqlı mühərrikin sınaq prosesində iştirak edib. Yeni texnologiya ABŞ-yə çata biləcək silahlar üçün nəzərdə tutulub.

Bu barədə Teleqraf Şimali Koreyanın mərkəzi xəbər agentliyinə (KCNA) istinadən xəbər verir.

Məlumata görə, kompozit karbon materialından istifadə edilməklə həyata keçirilən yerüstü reaktiv sınaq zamanı mühərrikin maksimum itələmə qüvvəsi 2 500 kilonvuton təşkil edib. Kim Çen In bu nailiyyəti ölkənin strateji hərbi gücünü ən yüksək səviyyəyə çatdırmaq baxımından mühüm hadisə adlandırıb.

Qalereya