Slovakiyanın altı şəhərində hökumət əleyhinə kütləvi etirazlar keçirilib
Yusif Nəzərli
20:45 24.04.2025
Dünya
435
Slovakiyanın altı böyük şəhərində minlərlə fəalın iştirakı ilə hökumət əleyhinə etiraz aksiyaları keçirilib.
Trend xəbər verir ki, bu barədə ölkənin “Markiza” telekanalı məlumat yayıb.
Ən genişmiqyaslı aksiya paytaxt Bratislavada təşkil olunub. Etirazçılar hökumətdən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dair qaydaların sərtləşdirilməsi planlarından imtina etməyi tələb ediblər. Aksiya zamanı Slovakiya hökumətinin Rusiya ilə yaxınlaşma siyasəti də sərt tənqid olunub. Eyni zamanda, etirazçılar Ukraynaya dəstək ifadə edib və Baş nazir Robert Fitso rəhbərliyindəki hazırkı hökumətin istefasını tələb ediblər.
Aksiyalara müxalifətə yaxın vətəndaş təşəbbüsləri təşkilatçılıq edib. Slovakiya ilə yanaşı, Çexiyanın Brno şəhərində də etirazçılarla həmrəylik aksiyası keçirilib.
Telekanalın məlumatına görə, cümə günü Slovakiyanın daha 16 kiçik şəhərində oxşar aksiyalar keçirilməsi planlaşdırılır. Həmçinin Brüssel, London, Oslo və Stokholmda da etirazlara dəstək məqsədilə mitinqlər təşkil ediləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya