Slovakiyanın macar əhalisi yox ola bilər
17:31 09.04.2023
Dünya
598
2021-ci ildə Slovakiyada keçirilən əhalinin siyahıyaalınmasına əsasən, bu ölkədə yaşayan macarların sayı 420 min nəfər olub. Bu, son 30 ildə ölkənin macar əhalisinin əhəmiyyətli dərəcədə - 150 min nəfər azaldığını göstərir. Dinamika nəzərə alınmaqla, gələcəyə proqnozlar çox da təsəlliverici olmaya bilər.
AZƏRTAC xəbər verir ki, “Területi Statistika” (“Ərazi statistikası”) jurnalında dərc olunmuş hesabata görə, gələn əsrdə Slovakiyada macar əsilli bir nəfər də qalmaya bilər, buna görə də Slovakiyanın macar icmasını gələcəkdə nə gözləyəcəyi aydın deyil, halbuki bu gün etnik macarlar Rumıniyadakı Transilvaniya macarlarından sonra xaricdə yaşayan ikinci ən böyük diasporu təşkil edir.
Araşdırmanın müəllifləri - Bratislava Universiteti və Budapeştdəki Otvöş Lorand Tədqiqat şəbəkəsindən olan iki macar tədqiqatçıdır. Sosioloqlar tərəfindən dərc olunan qrafik Slovakiyanın macar əhalisinin keçən əsrdən bəri azalan dinamikasını nümayiş etdirir. 1910-cu ildə Avstriya-Macarıstan imperiyasının bir hissəsi olan Slovakiya ərazisində 900 min etnik macar yaşayırdısa, 2021-ci ilə qədər onların sayı yarıyadək azalıb.
Bunun bir neçə səbəbi var. Macar icmasının yaşadığı regionlarda işsizlik nisbətən yüksəkdir - bunlar isə ölkənin cənub rayonlarıdır. Digər bölgələrlə müqayisədə burada təhsil səviyyəsi aşağı olan insanlar daha çoxdur, yol şəbəkəsi isə zəif inkişaf edib. Macar şəhər və kəndlərində, bir qayda olaraq, slovak dili hətta macarlara məxsus müəssisələrdə də istifadə olunur.
Ölkədə çox sayda – 30 faizdən çox qarışıq nikahlar bağlanır, lakin bu ailələrdə dünyaya gələn uşaqların 80 faizi slovak olur. Bundan əlavə, bir çox macar uşaqları slovak məktəblərində təhsil alırlar. Son 15 ildə 50 macar ibtidai məktəbi və iki orta məktəb bağlanıb. 2011 və 2021-ci illərdəki siyahıyaalmaları müqayisə etdikdə məlum olur ki, on il ərzində macar əhalisi 37 min nəfər azalıb. Xətti tendensiya əsasında hesablamalar göstərir ki, 2121-ci ilə qədər Slovakiyada etnik macarlar tamamilə yox ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Prezidenti: İndi ABŞ-la müharibəyə son qoymağın vaxtıdır
16:24 21.08.2026
Region
Qırğızıstanda sənədsiz malların idxalına görə cərimələr artırılıb
15:39 21.08.2026
Dünya
İqbal 5 ildir sudan çıxmır, yeməyini belə orada yeyir!
15:38 21.08.2026
Maraqlı
Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə hücum edildi
15:29 21.08.2026
Dünya
Rusiyanın Patriarxı II Qaregini təbrik edib
15:14 21.08.2026
Dünya
Bakının yaşıllıqları ilə bağlı HƏYƏCAN
15:08 21.08.2026
Ekologiya
Rusiyada deputatlığa namizəd saxlanıldı
15:02 21.08.2026
Dünya
Moskava anti-Azərbaycan təbliğatı yenidən güclənir - RƏY
14:53 21.08.2026
Siyasət
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:12 21.08.2026
Dünya
Vens: İranı məğlub etməyin ən yaxşı yolu budur
13:32 21.08.2026
Dünya
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
13:29 21.08.2026
Ekologiya
İsmayıllıda toyda 31 nəfər zəhərlənib - YENİLƏNİB
13:12 21.08.2026
Hadisə
Daşkəsəndə iri qaya parçaları yolu bağlayıb
12:57 21.08.2026
Hadisə
İtlər bu yaşda qocalırlar
12:09 21.08.2026
Maraqlı