Bütün ermənilərin katolikosu II Qaregin uzun illər Ermənistan Apostol Kilsəsinə rəhbərlik etdiyinə görə bütün xristian dünyasında hörmət qazanıb.
Sherg.az xəbər verir ki, bunu Moskva və bütün Rusiyanın Patriarxı Kirill AAK rəhbərinin doğum günü münasibətilə göndərdiyi təbrik məktubunda bildirib.
“Millətin ruhani lideri kimi siz həm vətəndə, həm də diasporada dini həyatın dirçəldilməsinə böyük töhfə vermisiniz. Uzun illər bütün ermənilərin katolikosu kimi fədakar xidmətiniz Sizə bütün xristian dünyasında dərin hörmət qazandırıb. Zati-müqəddəslərinizə möhkəm cansağlığı, ruh yüksəkliyi və gələcək patriarxlıq fəaliyyətinizdə Allahın tükənməz yardımını arzulayıram”, - deyə Rus Pravoslav Kilsəsinin saytında yayımlanan patriarxın təbrikində qeyd olunub.