Şoyqudan Hakan Fidana: Buna hazıram!
18:44 10.06.2024
Dünya
374
Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Türkiyənin xarici işlər naziri Hakan Fidanla işçi görüş keçirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası Aparatının mətbuat xidməti məlumat yayıb.
Məlumatda qeyd edilib ki, Şoyqu türkiyəli həmkarına cari ilin üçüncü rübündə təhlükəsizlik məsələləri üzrə tam formatlı ikitərəfli məsləhətləşmələr keçirməyi təklif edib.
“Təhlükəsizlik şuraları xətti ilə Rusiya-Türkiyə əlaqələrinin artırılmasına hazıram. Fürsətdən istifadə edərək Milli Kəşfiyyat Təşkilatının rəhbəri Kalın, müdafiə naziri Güler, eləcə də uyğun vaxtda Rusiyada gözlədiyim Türkiyə Cümhuriyyətinin Milli Təhlükəsizlik Şurasının Baş katibi Hacımüftüoğluna salamlarımı çatdırmağı xahiş edirəm. Üçüncü rübdə Moskva və ya Ankarada təhlükəsizlik məsələləri üzrə tam formatlı ikitərəfli məsləhətləşmələr keçirməyi təklif edirəm”, – deyə Şoyqunun mətbuat xidməti sitat gətirir.
Rusiya Federasiyası Təhlükəsizlik Şurası aparatında dəqiqləşdiriblər ki, tərəflər təhlükəsizlik sahəsində ikitərəfli və çoxtərəfli formatda Rusiya-Türkiyə əməkdaşlığı məsələlərini müzakirə ediblər. “Strateji bərabərhüquqlu tərəfdaşlığı, o cümlədən beynəlxalq və regional təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində inkişaf etdirmək niyyəti təsdiq olunub”, - məlumatda deyilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın dini lideri Əhməd Vəhidini SEPAH-a rəhbər təyin etdi
20:05 10.08.2026
Region
Raketlərimiz trayektoriyasını dəyişə bilir - SEPAH
19:53 10.08.2026
Dünya
Samuxda 17 yaşlı qız qardaşını xilas edərkən boğulub - YENİLƏNİB
19:44 10.08.2026
Hadisə
Evdə mərhələni adlayan tərəf biz olacağıq - "Sabah"ın futbolçusu
18:24 10.08.2026
Futbol
“İnsanlar yenidən nağda keçəcək” - HƏYƏCAN TƏBİLİ
18:23 10.08.2026
İqtisadiyyat
Azərbaycanlı qadın İstanbulda müəmmalı şəkildə öldü
17:23 10.08.2026
Hadisə
Bakıda 9 marşrutun hərəkəti dəyişdirilib
17:15 10.08.2026
İnfrastruktur
Lerik-Lənkəran sərhədində zəlzələ olub
16:38 10.08.2026
Hadisə
Lökbatanda iki qadın dənizdə boğulub - YENİLƏNİB
16:17 10.08.2026
Hadisə