Finlandiya Prezidenti Aleksander Stubb 15 dekabrda Berlində Ukraynadakı vəziyyətlə bağlı keçiriləcək danışıqlarda iştirak etmək üçün ABŞ səfərini ləğv edib.
APA xəbər verir ki, bu barədə “Ye” ölkə prezidentinin ofisinə istinadən məlumat yayıb.
Bildirilib ki, Stubb ABŞ-ın Texas ştatına səfərini “Ukraynadakı kritik vəziyyət” səbəbindən ləğv edərək Berlində mümkün atəşkəsin müzakirə olunacağı görüşdə iştirak edəcək.
Qeyd edək ki, bir qədər əvvəl Almaniya kansleri Fridrix Merz ABŞ nümayəndələrini də görüşə qatılmağa dəvət edib.