ABŞ Prezidenti Donald Tramp Sülh Şurasının Qəzza sektoruna humanitar yardım və bərpa işləri üçün 5 milyard dollardan çox vəsait ayıracağını açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Sülh Şurasına üzv dövlətlər Qəzzanın humanitar ehtiyacları və yenidən qurulması üçün 5 milyard dollardan artıq maliyyə vəsaiti ayırmağa söz veriblər.