Suriyanın İdlib vilayətində hüquq mühafizə orqanlarının dörd əməkdaşı naməlum silahlılar tərəfindən öldürülüb.
APA xəbər verir ki, bu barədə “Syria TV” məlumat yayıb.
Məlumata görə hüquq mühafizə orqanlarının əməkdaşları Maaret əl-Numan şəhərinin cənubunda pusquya salınıb.
Hadisə nəticəsində daha bir nəfər yaralanıb və ağır vəziyyətdə xəstəxanaya aparılıb.
Hücumun baş verdiyi əraziyə əlavə qüvvələr cəlb olunub və əməliyyat-axtarış tədbirləri aparılır.