Tramp: ABŞ-ın böyük sursat ehtiyatı var, məlumat sızdıranlar cəzalandırılacaq

ABŞ Prezidenti Donald Tramp ölkənin kifayət qədər sursat ehtiyatına malik olduğunu bildirib və bu barədə məxfi məlumatları yayan şəxslərin uzunmüddətli həbs cəzası ilə üzləşəcəyini deyib.

Sherg.az xəbər verir ki, Tramp bu barədə Truth Social sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, ABŞ-ın, xüsusilə bəzi növ sursatlar üzrə böyük ehtiyatı var və ehtiyac yarandıqca ölkədə geniş həcmdə silah istehsalı həyata keçirilir.

Tramp həmçinin qeyd edib ki, sursat ehtiyatları ilə bağlı məlumatları yayan şəxslərin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır və onların ciddi şəkildə cəzalandırılması üçün tədbirlər görüləcək.

Trampın açıqlaması The Washington Post və digər ABŞ mediasında ölkədə bəzi sursat növlərinin çatışmazlığı ilə bağlı yayılan xəbərlərdən sonra səslənib.