Tramp: ABŞ narkokartellərlə mübarizə üçün yerüstü hədəflərə hücum edəcək

ABŞ Prezidenti Donald Tramp, silahlı qüvvələrin Latın Amerikasındakı narkotik kartellərinə qarşı mübarizənin bir hissəsi olaraq tezliklə yerüstü hədəflərə zərbələr endirməyə başlayacağını açıqlayıb.

APA xəbər verir ki, Tramp bu barədə dekabrın 6-da Dövlət Departamentində keçirilən təntənəli qəbulda çıxış edərkən bildirib.

"Biz çox sərt mövqe tutduq və insanlar bunu bəyənirlər. Dəniz yolu ilə ölkəmizə gələn narkotiklərin həcmi 94% azalıb. Biz eyni prosesi quruda da başlayacağıq. Çünki hər marşrutu, hər binanı, harada yaşadıqlarını bilirik. Biz onlar haqqında hər şeyi bilirik", - o bildirib.

Tramp son bir ildə ABŞ-da narkotik istifadəsi nəticəsində təxminən 300.000 insanın öldüyünü açıqlayıb.