ABŞ Prezidenti Donald Tramp Amerikanın həyata keçirdiyi hərbi əməliyyatların Rusiya və Çin tərəfindən ciddi şəkildə diqqətlə izlənildiyini və böyük təəssürat yaratdığını bildirib.
Teleqraf xəbər verir ki, ABŞ lideri bu fikirləri sabiq FTB direktor müavini Den Bondjinoya verdiyi podkast müsahibəsində səsləndirib. O, xüsusilə ABŞ-nin Venesuela və İran istiqamətində apardığı hərbi əməliyyatlara toxunub.
Trampın sözlərinə görə, Vaşinqtonun sərt addımları beynəlxalq arenada ABŞ-yə olan münasibəti dəyişib.
“Bizi bütün dünyada hörmətlə qarşılayırlar. Çinlə danışmışam və mənə deyiblər ki, ABŞ-nin atdığı addımlar son dərəcə təsirlidir. Mən Vladimir Putinlə də söhbət etmişəm. O, bu əməliyyatlar barədə ‘Bu, doğrudan da nəsə idi’ dedi”, - deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti qeyd edib ki, bu cür hərbi əməliyyatlar Vaşinqtonun qlobal güc mövqeyini daha da möhkəmləndirib və həm Rusiya, həm də Çin tərəfindən diqqətlə izlənilir.