Tramp ABŞ qoşunlarını İrana göndərməyi istəmir

ABŞ Prezidenti Donald Tramp İran ərazisinə hərbi qoşun göndərmək niyyətində deyil.

Teleqraf xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Evdə Tehran üzərində mümkün hərbi təsir variantları müzakirə olunur. Lakin rəsmi şəxslər qeyd edir ki, hərbi zərbələr əks təsir yarada, xalqı birləşdirə və ya İrandan hərbi cavab reaksiyasına səbəb ola bilər.