ABŞ Prezidenti Donald Tramp Super Bovlun fasilə zamanı təqdim olunan şousunu sərt tənqid edib. O, Truth Social hesabında etdiyi paylaşımda şounun ABŞ dəyərlərini əks etdirmədiyini bildirərək NFL rəhbərliyini hədəf alıb.
Sherg.az xəbər verir ki, Tramp Super Bovlun fasilə şousunu “tamamilə bərbad” və “indiyə qədərki ən pis göstərilərdən biri” adlandırıb. Onun sözlərinə görə, proqram “Amerikanın böyüklüyünə hörmətsizlik” xarakteri daşıyır.
ABŞ prezidenti xüsusilə Porto Rikolu repçi Bad Bunnynin çıxışını tənqid edərək, mahnıların başa düşülmədiyini, rəqslərin isə uşaqlar üçün uyğun olmadığını deyib. Tramp bu şounu “ölkəyə vurulan bir sillə” kimi qiymətləndirib.