"Hindistan nefti İrandan deyil, Venesueladan alacaq".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bunu jurnalistlərə açıqlamasında bildirib.
"Hindistan İrandan neft almaq əvəzinə, Venesuela neftini alacaq. Biz artıq bu sövdələşməni, sövdələşmənin konsepsiyasını hazırlamışıq", - deyə o əlavə edib.