Tramp: İran nüvə silahı istehsal etməmək öhdəliyi götürmək istəmir

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı hazırlamamaq öhdəliyi götürmək istəmədiyini bildirib.

Teleqraf xəbər verir ki, Trampın sözlərinə görə, Tehran Vaşinqtonla dialoqda tez-tez fikrini dəyişir. "Mən onlarla dörd-beş dəfə ünsiyyətdə oldum. İran hökuməti bəzən vicdansız davranır. Plan ondan ibarətdir ki, onlar nüvə silahına sahib ola bilməzlər. Amma onlar məktublarında bu öhdəliklərini qeyd etmirlər".

Tramp hesab edir ki, Vaşinqton və Tehranın hərbi əməliyyatlara son qoymaq üçün diplomatik razılığa gəlməsi tamamilə mümkündür.