ABŞ və İran arasında müharibənin dayandırılması ilə bağlı razılaşmanın yaxın olduğu bildirilir.
Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Tehranla aparılan danışıqlarda irəliləyiş olduğunu açıqlayaraq, yekun razılaşma üçün İrana bir həftə vaxt verildiyini deyib. Məlumata görə, tərəflər 14 maddəlik razılaşma üzərində anlaşmaya yaxındır.
Sənədə əsasən, İran nüvə fəaliyyətlərini məhdudlaşdırmalı, ABŞ isə sanksiyaları mərhələli şəkildə aradan qaldırmalıdır. Bunun fonunda Vaşinqton Hörmüz boğazındakı hərbi əməliyyatı müvəqqəti dayandırdığını açıqlayıb.