ABŞ Prezidenti Donald Tramp İranın nüvə obyektlərinə genişmiqyaslı zərbələri nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə ABC mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Ağ Ev rəhbəri İrana qarşı müxtəlif variantları nəzərdən keçirir, bunlardan biri də nüvə, hərbi və dövlət obyektlərinə güclü zərbələrin endirilməsi ilə əlaqəlidir.
Qeyd olunur ki, ABŞ Prezidenti hələ İrana hücumla bağlı yekun qərar verməyib. Donald Tramp fevralın 19-da 10 gün ərzində İranla razılığa gəlməyin mümkün olub-olmayacağının bilinəcəyini açıqlayıb.