ABŞ prezidenti Donald Tramp İranla bağlı hərbi zərbələrin yenidən başlanmasının zəruri olub-olmadığına əmin olmadığını bildirib.
APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Newsmax" telekanlına müsahibəsində danışıb.
“Bilmirəm buna ehtiyac varmı. Ola bilsin ki, lazım olacaq”, – deyə o bildirib.
Onun sözlərinə görə, İran razılaşma əldə etmək istəyir.