“İran hökumətinin xahişinə əsasən, enerji obyektlərinin məhv edilməsi müddətini 6 aprel 2026-cı il, Şərq vaxtı ilə saat 20:00-a qədər 10 gün təxirə saldığımı bildirmək istəyirəm”.
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp öz “Truth” hesabında yazıb.
Tramp əlavə olaraq mediada əksinin iddia olunmasına baxmayaraq danışıqların davam etdiyini bildirib.
“Danışıqlar çox yaxşı gedir. Bu məsələyə diqqətinizə görə təşəkkür edirəm!”, - Tramp əlavə edib.