İranla müzakirələrdə olduqca yaxşı irəlilədiyimizi deyə bilərəm, lakin onlarla nə baş verəcəyini əsla bilmək olmaz.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
Prezident deyib ki, İranla nə baş verəcəyini əvvəlcədən proqnozlaşdırmaq qeyri-mümkündür: "Biz onlarla müzakirə aparırıq, sonra isə onları havaya uçurmalı oluruq".
D.Tramp həmçinin İrandakı hakimiyyət dəyişikliyinə də toxunub: "Artıq bu ölkədə rejim dəyişib və köhnə rəhbərlikdən kimsə qalmayıb. İndi müzakirə apardığımız şəxslər əvvəlki idarəçilərdən tamamilə fərqli simalardır".