Tramp Kubaya qarşı yeni sanksiya fərmanı imzalayıb

ABŞ Prezidenti Donald Tramp Kubaya qarşı yeni birtərəfli sanksiyaların tətbiqini nəzərdə tutan fərman imzalayıb.

APA xəbər verir ki, bu barədə Ağ Ev-in mətbuat xidməti məlumat yayıb.

Fərmanın Kubada repressiyalara görə məsul olanlara, o cümlədən ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə təhdidlərə yönəldiyi bildirilir.