ABŞ prezidenti Donald Tramp Avropa ölkələrini Ukraynadakı vəziyyətə görə tənqid edib.
Tramp bu barədə "Newsmax"a müsahibəsində danışıb.
“Biz onlara Ukrayna ilə bağlı kömək etdik. Onlar isə orada tam xaos yaratdılar”, – deyə Tramp bildirib.
O əlavə edib ki, ABŞ Ukraynadan uzaqdadır, lakin Avropa üçün bu məsələ daha aktualdır.