“ABŞ-nin keçmiş prezidenti Barak Obama İrana görə bütün dünyadan imtina etmişdi”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Əvvəlki prezident (Barak Obama) İrana inanırdı. İrana görə bütün dünyadan imtina etdilər. Buna görə də İranın nüvə sazişini imzaladılar. Mən dərhal onu ləğv etdim. Çünki bu, mümkün olan ən pis saziş idi”, - o bildirib.
Tramp qeyd edib ki, İsrail Baş naziri Benyamin Netanyahu nüvə sazişi imzalanmadan əvvəl onu bloklamağa çalışıb:
“Bibi (Netanyahu) gəlib Barak Hüseyn Obamadan bu sazişi imzalamamasını xahiş etdi, amma o, onu imzaladı”.