Tramp Pakistan və Əfqanıstan arasındakı toqquşmalara münasibət bildirdi

ABŞ prezidenti Donald Tramp Pakistan və Əfqanıstan arasında baş verən toqquşmalardan xəbərdar olduğunu, lakin bu məsələnin həllinin bir qədər gözləməli olacağını bildirib.

Teleqraf xəbər verir ki, Tramp hazırda başqa bir münaqişənin tənzimlənməsi ilə məşğul olduğunu bildirib.

“Mən sülhü bərpa etməyi yaxşı bacarıram”, — deyə ABŞ lideri vurğulayıb.