ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının sədri Si Cinpinin onun prezidentliyi dövründə Tayvana qarşı hərbi əməliyyata başlamayacağına əmin olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu fikirləri "The New York Times" qəzetinə verdiyi müsahibədə səsləndirib.
Nəşrin Pekinin Tayvanı “separatçı təhlükə” kimi qiymətləndirməsi ilə bağlı iddialarını şərh edən Tramp qeyd edib ki, Çin liderinin hansı addımları atacağı onun öz işidir.
Bununla belə, o, Si Cinpini belə bir addımın ABŞ-ı ciddi şəkildə narazı salacağı barədə məlumatlandırdığını bildirib və Çin rəhbərinin bu yola əl atmayacağını düşündüyünü deyib.
Jurnalistin Si Cinpinin mövcud şəraitdən istifadə edərək Tayvana hücum və ya adanı blokadaya alma ehtimalı ilə bağlı sualına cavab verən Tramp deyib:
“O, bunu başqa prezident dövründə edə bilər. Amma mən prezident olduğum müddətdə bunu edəcəyini düşünmürəm”.