Tramp Putindən narazıdır: Rusiya ABŞ xəttinə niyə boyun əymir?

Donald Tramp yalnız Vladimir Putinin öz siyasətinə uyumlu olmasını istərdi, lakin Rusiyanın öz maraqları var və ölkə bunları qoruyacaq.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin birinci müavini Aleksey Çepa bildirib.

Çepa vurğulayıb ki, ABŞ-da ölkənin ümumi inkişaf vektoru yoxdur, bu isə siyasətçilərin siyasi oyunlar oynamasına gətirib çıxarır:

“Tramp əvvəllər Ukrayna ilə bağlı razılaşmanın mümkünlüyünə ümid etdiyini və Putinə qarşı müəyyən narazılıq hiss etdiyini açıqlamışdı. Bundan əlavə, Tramp Rusiyanın Qrenlandiyaya təsirindən narahat olduğunu bildirib, çünki onun sözlərinə görə, ada ABŞ-ın nəzarətində olmasa, orada Rusiya və ya Çin təmsilçiləri görünə bilər ki, bu, Vaşinqton üçün qəbuledilməzdir”.