ABŞ Prezidenti Donald Tramp Rusiyaya qarşı tətbiq edilmiş sanksiyaların müddətini bir il uzadıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ hökumətinin federal reyestrində məlumat yer alıb.
Bildirilib ki, Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi və Ukraynaya genişmiqyaslı hücumları səbəbindən sanksiyaların müddəti artırılıb.