ABŞ prezidenti Donald Tramp 17 dekabr axşamı (Bakı vaxtı ilə 18 dekabr saat 04:00) Ağ Evdən xalqa müraciət etmək niyyətində olduğunu açıqlayıb.
APA xəbər verir ki, Tramp bu barədə öz “Truth” hesabında məlumat verib.
“Əziz amerikalılar, sabah axşam ölkəyə müraciətlə çıxış edəcəyəm. Çıxış Ağ Evdən canlı yayımla ABŞ-ın Şərq sahili vaxtı ilə saat 21:00-da olacaq. Bu, ölkəmiz üçün möhtəşəm bir il oldu və ən yaxşısı hələ qarşıdadır”, - deyə o yazıb.
Tramp çıxışının mövzusu ilə bağlı dəqiq məlumat verməyib.