Tramp: Tayland və Kamboca hərbi əməliyyatlara son qoymağa razılaşıblar

Tayland və Kamboca liderləri 24 saat ərzində hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəliblər.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.

"Bu səhər Taylandın Baş naziri Anuthin Çanvirakun və Kambocanın Baş naziri Hun Manet ilə çox yaxşı bir söhbət apardım. Onlar bu axşam bütün atışmaları dayandırmaq və mənimlə əldə etdikləri ilkin sülh razılaşmalarına qayıtmaq barədə razılığa gəliblər", - deyə Tramp bildirib.