Türkiyə lideri: Qiyamətə qədər Suriyada olacağıq

“Prezident Əhməd Şaraanın rəhbərliyi altında Suriyanın beynəlxalq birliyə yenidən inteqrasiyası yolunda qısa müddətdə ciddi irəliləyiş əldə olunub. Suriyaya geri qayıdan qaçqınların sayı 580 minə çatıb”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Suriyada İŞİD və digər terror təşkilatlarının mövcudluğu ayrıca bir problem sahəsidir. İŞİD bəlası ilə üz-üzə, çiyin-çiyinə vuruşmuş yeganə NATO müttəfiqi olaraq Suriya hökumətinə lazım olan hər cür dəstəyi veririk. Suriyanın parçalanması, bölünməsi, milli birliyi və ərazi bütövlüyünün zəifləməsindən kimin faydalanacağı bəllidir. Suriyanı təşkil edən bütün təbəqələrin sabaha inamla baxa bilməsi yalnız ortaq tarix və ortaq gələcək anlayışı ilə mümkündür. Biz min ildir buradayıq, birlikdəyik, qonşuyuq. İnşallah, Qiyamətə qədər də burada olacağıq. Birlikdə yaşayacağıq”, - Türkiyə lideri vurğulayıb.