Türkiyə və Yunanıstan liderləri Ankarada görüşüb

Yunanıstan Baş naziri Kiriakos Mitsotakis Türkiyəyə səfər edib.

APA-nın İstanbul müxbiri xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan liderini qəbul edib.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan və Kiriakos Mitsotakis Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının VI iclasına qatılacaq.

Bildirilib ki, iclasda Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək, iki qonşu ölkə arasında əməkdaşlığın inkişaf imkanları müzakirə olunacaq.

Eyni zamanda, ikitərəfli münasibətlərlə yanaşı, regional və qlobal proseslər barədə fikir mübadiləsi aparılacaq, bır sıra sənədlər imzalanacaq.

Sonda birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.