
Türkiyədə çevrilişin ayaq səsləri
23:29 15.05.2024
Dünya
583
Meydanda yenə FETÖ-nün kölgəsi görünür Ərdoğanın müstəqil siyasəti və hərbi sənayesini inkişaf etdirməsi onun hədəfə gəlməsinə gətirib çıxarır
Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə çevriliş təhlükəsi ilə əlaqədar təcili iclas çağırıb. Polis “Ayhan Bora Kaplan” cinayət təşkilatı ilə bağlı əməliyyat keçirib və xeyli polis vəzifədən uzaqlaşdırılıb. Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı bildirib ki, baş verənlər Ərdoğanı devirmək üçün sui-qəsdin olduğunu göstərə bilər. Partiya sədri əməliyyatları yalnız bir neçə polis əməkdaşının işdən çıxarılması ilə məhdudlaşmamağa çağırıb. Məhz Baxçalının açıqlamalarından sonra Ərdoğan prezident iqamətgahında ölkənin ədliyyə naziri Yılmaz Tunc və Milli İstihbarat Təşkilatının rəhbəri İbrahim Kalınla gecə təcili görüş keçirib. Türkiyə daxili işlər naziri Əli Yerliqaya da deyib ki, kimlərsə terror təşkilatları və onların qolları ilə, mütəşəkkil cinayətkar təşkilatlarla birləşib FETÖ taktikası ilə hökumətə və siyasətçilərə “oyun qurmağa” çalışırsa, onların oyunları və qurduqları tələlər məhv ediləcək: “Əgər hər hansı qurumun daxilində prezidentimizə, hökumətimizə, siyasətçilərimizə qarşı yönəlmiş qruplaşma varsa, biz sona qədər gedib o qruplaşmaları müəyyənləşdirib, məsuliyyətə cəlb edəcəyik. Mülki Müfəttişlərin müvafiq hesabatı qısa müddətdə tamamlanacaq. Atılan hər addımı və telefon qeydlərini bir-bir yoxlayırlar. Bu hesabatı tam təfərrüatı ilə ictimaiyyətlə paylaşacağıq. Və lazım olanı edəcəyik. Əziz millətimiz rahat olsun. Separatçı terror təşkilatı və FETÖ ilə mübarizədə olduğu kimi, biz bu cinayət mərkəzlərinin üzvlərini gizləndikləri hər çuxurdan tapıb çıxaracağıq”. İYİ Partiyasının yeni sədri Müsavat Dərvişoğlu da deyib ki, əgər təhdid və ya təhlükə varsa, həm FETÖ, həm də PKK ilə mübarizədə dövlətin yanında olacaqlar.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında deyib ki, Prezident Ərdoğanın apardığı siyasət Türkiyənin beynəlxalq güc yolunda inamla irəliləyir. Ekspertin sözlərinə görə, Ankaranın müstəqil siyasəti və hərbi sənayesini inkişaf etdirməsi onun hədəfə gəlməsinə gətirib çıxarır:

"Bu çevriliş cəhdlərinin arxasında FETÖ olduğu istisna edilməməlidir. FETÖ sıradan tam çıxarılmayıb. Bir neçə ölkədə və Türkiyənin özündə hücrələri fəaliyyət göstərir. Türkiyə ordusunda sözügedən terror təşkilatı ilə bağlı ciddi təmizləmə oldu. 2016-ci ildə ordunun çevriliş cəhdinin polis qarşısını aldı. Ancaq görünür, FETÖ polis sistemində iş aparmağı hədəfləyib. Təşkilatın rəhbəri Fətullah Gülən ABŞ-dədir və fəaliyyətini davam etdirir. Bu da təhlükənin qalmasından xəbər verir".
Analitik Türkiyədə polisdə ciddi təmizləmə işləri həyata keçiriləcəyini vurğulayıb: "Türkiyənin Şimali İraqda PKK-ya qarşı planlaşdırılan genişmiqyaslı hərbi əməliyyatları öncəsi çevriliş cəhdi bu əməliyyatın qarşısının alınmasına yönəlib. Qeyd edim ki, məhz 2016-ci ildəki çevriliş vaxtı da Türkiyə Şimali Suriyada antiterror əməliyyatı planlaşdırırdı. Böyük ehtimalla indiki çevriliş cəhdi də Türkiyənin terror təşkilatlarına qarşı hərbi əməliyyatlarına görə hazırlanıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya