
Türkiyədə zəlzələ:İsveçlə Finlandiyanın NATO-ya üzv olma çabası – Siyasi dizayn dəyişəcəkmi?
Yusif Nəzərli
17:34 09.02.2023
Dünya
524
Birləşmiş Ştatlar iyulda Litvanın paytaxtında alyansın zirvə toplantısına qədər Finlandiya və İsveçin NATO-ya üzv olmasına çalışır.
Bu barədə çərşənbə günü Vaşinqtonda NATO-nun baş katibi Yens Stoltenberqlə danışıqların yekunu üzrə mətbuat konfransında ABŞ dövlət katibi Entoni Blinken bildirib.
“Əlbəttə, biz İsveç və Finlandiyanın NATO-ya daxil olmasına diqqət yetiririk. Onlar Alyansın prinsiplərinə sadiq olan güclü demokratik ölkələrdir. Biz iyulda Vilnüs sammitinə doğru irəlilədikcə prosesi yekunlaşdırmağa çalışacağıq”, - Amerika diplomatiyasının rəhbəri bildirib.
Xatırladaq ki, Finlandiya və İsveç 2022-ci il mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət ediblər.

Məsələni "Sherg.az"a dəyərləndirən siyasi şərhçi Asif Nərimanlı söyləyib ki, Türkiyə Finlandiyanın NATO-ya daxil olmasını qəbul edir, amma İsveçin yox:
"İsveç və Finlandiya arasında anlaşma var ki, hər iki ölkə NATO-ya birgə daxil olmalıdır. İndiki vəziyyətdə hər iki ölkə ABŞ və digər ölkələrin məsələyə münasibətlərini görmək istəyir.
Blinken isə bir növ onların istəklərinə uyğun cavab verərək " Proses gedir, narahat olmağa ehtiyac yoxdur. Biz əlimizdən gələni edəcəyik" deyir. Əsas maraq doğuran isə Türkiyədəki zəlzələdən sonra hadisələrin necə inkişaf edəcəyidir.
Zənnimcə, rəsmi Ankaranın başının zəlzələyə qarışmasının siyasi məsələlərə təsiri az olacaq. Həmçinin Türkiyənin də İsveç və Finlandiyanın NATO-ya üzv olması ilə bağlı tələbləri var. Tələblər isə terrorçular məsələsində qərar verilməsidir. Amma İsveç tərəfi bunu tam icra etməkdən boyun qaçırır.
Bu səbəblə də Türkiyənin mövqeyinin dəyişməyəcəyini düşünürəm. Ancaq ABŞ və digər Qərb ölkələri İsveç və Finlandiyanın NATO-ya üzv olmasına maksimum dərəcədə səy göstərəcəklər. İsveçin Türkiyənin tələblərini qəbul etməsi YPG və PYD kimi qruplaşmaları terror təşkilatı kimi qəbul etməsi deməkdir. Belə təqdirdə ABŞ-ın da defakto ilə PYD və YPG-ni terror təşkilatı kimi qəbul etmək zərurəti yaranır".
Analitik qeyd edib ki, Türkiyə İsveç və Finlandiyanın NATO-ya qəbul edilməsi məsələsindən həm də Rusiyaya qarşı manevr kimi istifadə edir:
"Bununla o Kremlə göstərir ki, NATO-nun Rusiya sərhədlərinə doğru uzanmasının qarşısını alacaq yeganə ölkə Türkiyədir. Bu da rəsmi Moskva ilə masada Ankaraya "kozır" imkanı yaradır. Digər tərəfdən bu proseslərdə ən kritik məqam Türkiyədəki seçkilərdir.
Əgər hakimiyyət dəyişikliyi baş verərsə, hər şey ABŞ-ın istəyinə uyğun olacaq. Yəni Türkiyənin qarşıya qoyduğu məsələlər arxa plana düşəcək və İsveç ilə Finlandiyanın NATO-ya daxil olması asanlaşacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya
Ötən gün 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
10:37 22.08.2026
Hadisə