Ukrayna Dnestryanı ilə sərhəddə müdafiəni gücləndirir

Ukrayna cənub-qərbdə, xüsusən də Dnestryanı ilə sərhəddə müdafiəsini gücləndirir.

Axar.az xəbər verir ki, bu barədə Ukraynanın “Qərb” komandanlığı məlumat yayıb.

Bildirilib ki, Ukrayna qoşunları Dnestryanı istiqamətində mühəndis istehkamları qurur, qoşunların manevr qabiliyyətini və logistikasını yaxşılaşdırmaq üçün təmas xəttində yollar salır.

Belə ki, “Qərb” Qüvvələr Qrupunun komandanı, briqada generalı Vladimir Şvedyuk Dnestryanı ilə həmsərhəd ərazilərə səfər edərək mövcud vəziyyətlə bağlı yoxlama keçirib.