
Ukrayna iki yerə bölünə bilər -PROQNOZ
Ukrayna iki yerə bölünə bilər -PROQNOZ
Yusif Nəzərli
11:27 18.05.2024
Dünya
526
Bununla Kiyev Rusiya ilə danışıqlara məcbur ediləcək
“Qərb Ukraynanın iki yerə bölünməsi ilə razılaşarsa, Moskva Vaşinqton üzərində həlledici qələbə qazanacaq"
Gecə ərzində Rusiyanın dörd regionunda 100-dən çox PUA vurulub. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, ən böyük hücum Krıma edilib. Burada 51 dron vurulub. Belqoroda atılan PUA-lardan biri mülki avtomobilə dəyib. Nəticədə qadın və dörd yaşlı uşaq həlak olub. Bir nəfər isə yaralanıb. Bildirilib ki, Qara dəniz donanmasının dəniz aviasiyası və patrul katerləri 6 ədəd dəniz dronunu məhv edib. Qeyd edək ki, bundan öncə Sevastopol qubernatoru Mixail Razvojayev Ukraynanın kütləvi hücumu nəticəsində şəhərdə elektrik enerjisinin kəsildiyi, məktəblərdə dərslərin dayandırıldığını bildirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski deyib ki, bütün vasitələrlə Rusiya həqiqi, ədalətli sülhə məcbur edilməlidir: "Bu gün qərargahda işğalçının gələcək hədəfləri ilə bağlı da məlumatlar olub. Bütün variantlara hazırlaşırıq". Ukrayna xarici işlər naziri Dmitri Kuleba Kiyevin Moskva ilə heç bir gizli danışıqlar aparmadığını söyləyib: “Ukrayna və Rusiya heç bir şeydə gizli razılığa gəlmir. Bizim aramızda heç bir gizli danışıqlar yoxdur”. Rusiya Prezidenti Vladimir Putin isə bildirib ki, Rusiya hazırda Xarkov şəhərini ələ keçirməyi planlaşdırmır. O həmçinin ölkəsinin Silahlı Qüvvələri tərəfindən Xarkovda keçirilən hərbi əməliyyatı Rusiyanın müxtəlif regionlarının atəşə tutulmasına cavab olaraq sanitar zonalar yaratmaq üçün keçirildiyini əlavə edib.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ukrayna iki yerə bölünə bilər. Ekspert bildirib ki, Rusiya Ukraynada taktiki üstünlüyü ələ alıb:
"Qərbin silahların verilməsini gecikdirməsi, Dneprin şərqini Rusiya tərəfindən işğal edilməsinə gətirib çıxara bilər. Bununla Rusiya ilə danışıqlara Ukrayna məcbur edilir və Dneprin şərqi Rusiyanın tam nəzarətinə keçir. Bununla Rusiya və Ukrayna arasında atəşkəs əldə edilir və üzümmüddətli danışıqlar aparılır. Rusiya Xarkovu işğal edərsə, yardımlar gecikərsə, deməli, Vaşinqton və Brüssel Ukraynanın şərqini Rusiyaya güzəştə gedir. Amma Rusiyanın dayanması mümkün görünmür. Qərb hesab edir ki, Ukrayna xalqı Qərb və Şərqdən ibarətdir. Şərqi Ukrayna Rusiya tərəfindən işğal edildikdən sonra Qərbi Ukraynanı NATO və Avropa İttifaqına qəbul edəcək".

Ekspertə görə, Rusiya təkcə Ukraynanın şərqini deyil, Odessa olmaqla Qara dəniz sahilini işğal etməyi hədəfləyib:
"Rusiya Dneprə qədər şərqi Ukraynanı işğal edərsə, paytaxt Xarkov olmaqla ikinci Ukrayna dövlətinin elan edilməsi reallaşa bilər. Yaxın 20 gün ərzində Ukraynaya Qərbin ayırdığı silahlar çatdırılmasa, Xarkov işğal olunsa, vəziyyət kritik olacaq. Vaşinqton başda olmaqla NATO Ukraynanın iki yerə bölünməsində maraqlıdır. Rusiya Ukraynanın Şərqini tam işğal etməklə durmayacaq. Kremlin əsas strateji hədəfi Şərqi Avropa və Baltikyanı ölkələrdir. NATO-nu 1997-ci il sərhədlərinə geri çəkməkdir. Ukraynanın indiki hakimiyyəti Dneprin şərqini güzəştə getməyəcək. Qərb Ukraynanın iki yerə bölünməsi ilə razılaşarsa, Moskva Vaşinqton üzərində həlledici qələbə qazanacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya
Hindistanın ən zəngin ştatında quraqlıq həyəcanı
22:54 26.09.2026
Ekologiya
Naxçıvanda kişi arvadını və baldızını bıçaqladı
22:53 26.09.2026
Hadisə