
Ukrayna müharibəsi Avropanı silkələdi -Qoca qitə silahlanmağa başlayır
11:27 28.08.2025
Dünya
429
“Qərb silah ehtiyatlarının zəifliyi Rusiyaya strateji üstünlük verə bilər”
Son iki ildə Avropa ölkələri silah-sursat istehsalının həcmini 6 dəfə artıra bilib.
Bu barədə NATO-nun baş katibi Mark Rutte açıqlama verib.
Rutte bildirib: "Avropanın artilleriya sursatlarının istehsalı üzrə illik gücü iki il əvvəlkindən 6 dəfə artıqdır. İlin sonuna qədər istehsalı 2 milyon mərmiyə çatdırmağı planlaşdırırıq".
NATO baş katibi həmçinin müdafiə şirkətlərini raketlər, tanklar və hava hücumundan müdafiə sistemləri də daxil olmaqla digər silah növlərinin istehsalını artırmağa çağırıb. O, nümunə kimi Ukraynanın müdafiə sənayesini göstərib: "Mərmi istehsalının artırılması üzrə təcrübəmizə əsaslanmalıyıq. Biz Ukraynadan öyrənə bilərik. İşləməyən bəzi istehsal xətlərimizi yenidən işə salmalı və daha sürətli istehsal prosesləri inkişaf etdirməliyik".
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a bildirib ki, Rusiyaya qalib gəlmək üçün Avropanın ən böyük ehtiyacı silah və sursatdır:

"Ukrayna müharibəsi göstərdi ki, Qərbin silah ehtiyatları düşündüyündən daha zəifdir. Həmçinin ambarların sürətlə boşalması ciddi təhlükələr doğurub. Əslində, belə ambarlar daim dolu və müasir silahlarla təmin olunmalıdır. Bunun üçün əsas yol yeni istehsalın genişləndirilməsidir. Lakin praktika göstərdi ki, yeni silah istehsalı texniki, maliyyə və təşkilati problemlərlə üzləşir. Bu səbəbdən Avropa ölkələri NATO çərçivəsində yeni silahlanma proqramlarına başlamağa məcbur qalıb. Digər tərəfdən, ABŞ və Avropa arasında yanaşma fərqləri də mövcuddur. ABŞ-ın hərbi-siyasi rəhbərliyi daha çox qlobal miqyasda düşünür. Avropa isə öz sərhədlərinə yaxın təhlükələrə daha həssas yanaşır. Bu isə koordinasiyada müəyyən uyğunsuzluqlar yaradır. Əgər qərb dövlətləri hər hansı səbəbdən ABŞ-ın dəstəyi olmadan Rusiyanın qarşısında tək qalsalar və silah ehtiyatları məhdudlaşsa, çox ciddi strateji seçimlər qarşısında qalacaqlar. Yəni Ukrayna müharibəsi bir daha göstərdi ki, silah-sursat sadəcə müharibə zamanı lazım olan resurs deyil, həm də strateji cəhətdən əsas dayaqdır. Əgər bu boşluq vaxtında doldurulmazsa, Avropa Rusiyanın qarşısında hərbi və siyasi baxımdan daha zəif mövqedə qala bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana səfərə gəlib
11:57 15.09.2026
Gündəm
Sabirabadda uşaq ölü doğulub
11:14 15.09.2026
Hadisə
Yardımlıda 8 kiloqram narkotik vasitə aşkarlanıb
11:06 15.09.2026
Hadisə
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
10:57 15.09.2026
Ölkə
1665-ci gün: Rusiyanın itkiləri yeniləndi
10:27 15.09.2026
Dünya
Kamran Bilalov tiktoker “Çevik”ə qarşı zorakılıqda ittiham olunur
10:23 15.09.2026
Hadisə
Ağdaşda qadın evdə təmizlik işləri görərkən zəhərləndi
10:07 15.09.2026
Hadisə
İran ABŞ PUA-sını vurdu: Hörmüz boğazında gərginlik artır
09:50 15.09.2026
Dünya
Ukraynadan şok: Rusiyanın sərnişin təyyarələrini vuraq!
09:43 15.09.2026
Dünya
Birinci sinfə gedən şagirdlərin sayı AÇIQLANDI
09:41 15.09.2026
Elm və Təhsil
Azərbaycan neftinin qiyməti 127 dolları ötüb
09:34 15.09.2026
İqtisadiyyat
Dünya bazarlarında neft bahalaşır
09:17 15.09.2026
İqtisadiyyat
Avropada Ukraynaya inam sarsılır
09:07 15.09.2026
Gündəm
Bilik Günü Bakını iflic etdi: Metroda və yollarda izdiham - FOTO
09:07 15.09.2026
Cəmiyyət