Ukrayna və ABŞ mineral resurslarla bağlı sazişdə razılığa gəldi
Yusif Nəzərli
20:09 27.04.2025
Dünya
475
Ukrayna və ABŞ arasında mineral resurslar üzrə hazırlanan razılaşmada, sənəd imzalanmazdan əvvəl göstərilən Amerika yardımlarının nəzərə alınmaması barədə razılıq əldə edilib.
Bu barədə Ukraynanın Baş naziri Denis Şmıhal "Telegram" kanalında məlumat yayıb.
Şmıhalın sözlərinə görə, o, bu məsələni ABŞ maliyyə naziri Skott Bessentlə Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Bahar Toplantıları çərçivəsində müzakirə edib.
Baş nazir qeyd edib ki, razılaşma üzərində hüquq komandaları işləyir və artıq ciddi irəliləyiş əldə olunub:
"Əsas odur ki, öz qırmızı xətlərimizi dəqiqləşdirdik. Razılaşma həm Avropa öhdəliklərinə uyğun olmalı, həm də Ukraynanın Konstitusiyasına və qanunvericiliyinə zidd olmamalıdır. Sənəd parlament tərəfindən ratifikasiya olunmalıdır. Əldə edilən razılaşmaya əsasən, sənədə imzadan əvvəl verilən yardım daxil edilməyəcək." /APA
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya