Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Avropadakı müttəfiqlərinin hava hücumundan müdafiə sistemləri üçün raket tədarükünü əhəmiyyətli dərəcədə azaltdıqlarını bildirib.
Oxu.Az xəbər verir ki, Zelenski bu barədə öz "Telegram" hesabında yazıb.
Onun sözlərinə görə, Ukraynada raket çatışmazlığı yaranıb və tədarük üç dəfə azalıb.
O qeyd edib ki, ABŞ və Avropadakı tərəfdaşlar bunu Yaxın Şərqdəki münaqişə ilə izah edirlər. Lakin Zelenski bunun yeganə səbəb olduğuna şübhə etdiyini bildirib.
"Bilmirəm, Yaxın Şərqdən başqa səbəblər varmı. Bəlkə də bu, Ukraynanı daha razılaşan mövqeyə gətirmək üçün atılan siyasi addımlardır. Məncə, bunun da müəyyən təsiri var", - deyə Zelenski bildirib.
Qeyd edək ki, Kiyev dəfələrlə Qərbdən hərbi yardımın artırılmasını tələb edib. Rusiya isə Ukraynaya silah tədarükünün və ukraynalı hərbçilərin hazırlanmasının münaqişəni yalnız uzatdığını bildirib.