
Ukraynadan Şimal qonşumuza sərt həmlə: Savaş Rusiyanın daxilinə sıçrayır -ŞƏRH
Yusif Nəzərli
11:09 09.08.2024
Dünya
460
Ukrayna ordusu Kurskda gedən döyüşlərə qatılmaq üçün göndərilən rus hərbi kolonuna Rila rayonunun Oktyabrsk şəhəri yaxınlığında zərbə endirib. Zərbənin nəticələrini əks etdirən görüntülər Teleqram kanallarında yayılıb. Kadrlarda çoxsaylı rus hərbi texnikasının və canlı qüvvəsinin məhv edildiyi aydın görünür. Teleqram kanallarında kolonun vurulmazdan öncəki görüntüləri də paylaşılıb. Qeyd edək ki, Ukrayna ordusu 6 avqustda Kursk vilayətinə hücum edib, 20-dən çox yaşayış məntəqəsini, o cümlədən Suca şəhərinə nəzarəti ələ keçirib. Hazırda ərazidə döyüşlər gedir.
Kursk vilayətində baş verən hadisələri “Sherg.az”a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Ukraynanın Rusiya sərhədləri daxilində əməliyyata başlaması bir çox aspektdən başa düşüləndir:

“Bğyük ehtimalla Ukrayna bu addımları atarkən planların hesablanması, hücumun hansı ziyan və fayda verəcəyi barəsində Böyük Britaniya, Amerika Birləşmiş Ştatlarının kəşfiyyatlarından da məlumatlar alıb. Burada Ukraynanın məqsədi müharibəni Rusiyanın sərhədləri daxilinə aparmaqla rəsmi Moskvanın da savaşdan ziyan görməsini istəməsindən ibarətdir. Əgər Kurskda yaşanan hadisələr Ukraynanın hədəflərinə çatması ilə yekunlaşarsa, Vladimir Putinin "Biz imkan verməyəcəyik ki, Rusiya və xalqına zərər gəlsin" vədləri puça çıxacaq. Belə olan halda Ukrayna müəyyən mənada məqsədlərinə çatacaq və Rusiyanı bəzi şərtlər daxilində sülh razılaşmasına razı salmaq üçün situasiya formalaşdıracaq”.
Ekspert eyni zamanda qeyf edib ki, Rusiya canlı və texniki qüvvələr baxımından Ukrayna ordusundan xeyli irəlidədir:
"Ukrayna illərdir öz ərazilərini azad edə bilmədiyi mövcud vəziyyətdə Kurskdakı əməliyyatlar fonunda Rusiya ordusunu məğlubiyyətə uğrada bilməz. Kurskdakı hadisələrin Rusiyanın daxilinə doğru irəliləyə bilmə ehtimalı gözlənilən deyil. Çünki Ukraynanın ucsuz-bucaqsız Rusiya torpaqlarında irəliləməsi üçün hərbi imkanları məhduddur. Donetsk, Luqansk və Qara dəniz sahillərində hərbi əməliyyatları davam etdirməkdə olan Rusiya ordusunu saxlamaq üçün Ukraynanın müdafiəyə daha çox ehtiyacı var. Yəni bu əməliyyatlar müharibənin taleyində ciddi dönüş nöqtəsi yaratmayacaq. Sadəcə olaraq Ukrayna Kurskda əməliyyatlar aparmaqla Rusiyaya göstərmək istəyir ki, müharibəni davam etdirdikcə biz sənin sərhədlərində qan tökə bilərik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan və Seneqal arasında memorandum imzalanıb
01:20 26.09.2026
Siyasət
İran ABŞ-yə Hörmüz boğazı ilə bağlı yeddi günlük plan təqdim edib
00:58 26.09.2026
Gündəm
Hakan Fidan ABŞ-da Abbas Əraqçi ilə görüşüb
00:40 26.09.2026
Region
Dünya ulduzunun Rusiyadakı konsertləri ləğv edildi
23:13 25.09.2026
Şou
Bu ölkədə benzin rekord qiymətə qalxdı
22:41 25.09.2026
Dünya
Putin: Rusiya Avropa ilə hərbi əməliyyatlara hazırlaşmır
21:49 25.09.2026
Aktual
Ərdoğan BMT-də Netanyahuya ad çəkmədən mesaj verdi
21:33 25.09.2026
Gündəm
Ermənistan-Rusiya münasibətləri daha da pisləşə bilər - Politoloq
21:30 25.09.2026
Siyasət
Putin Si Cinpin və Trampın danışıqları barədə: “Qısqanmıram”
21:09 25.09.2026
Dünya
Çətir və gödəkçələri hazırlayın: 7-8 gün yağış yağacaq
20:42 25.09.2026
Ekologiya
Rusiya ordusu Kiyevə zərbə endirdi: ölənlər var
20:37 25.09.2026
Gündəm
Azərbaycanın U-21 millisi Çexiya millisi ilə heç-heçə etdi
20:29 25.09.2026
Futbol
Avropada yanacağın bahalaşmasına qarşı etirazlar başlayıb
19:49 25.09.2026
Dünya