Ukraynanın daxili işlər naziri cəbhə xəttində olub

Ukraynanın daxili işlər naziri İqor Klimenko ölkənin şərqində cəbhənin ən çətin istiqamətlərinə səfər edib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Nazir ön və arxa cəbhədə xidmət aparan hərbçilərə, xilasedicilərə və polis əməkdaşlarına təşəkkürünü bildirib.

Klimenko qeyd edib ki, məhz bu insanlar ölkənin təhlükəsizliyinin əsas təminatıdır.