Ursula von der Leyen dəhşətə gəldi: “Grok" uşaqları və qadınları hədəf alıb

Avropa Birliyi (AB) Komissiyası Prezidenti Ursula von der Leyen, ABŞ mərkəzli X platformasına inteqrasiya edilmiş süni intellekt aləti "Grok"un icazəsiz cinsi məzmunlu saxta görüntülər yaratma xüsusiyyətindən dəhşətə gəldiyini açıqlayıb.

Sherg.az xəbər verir ki, Von der Leyen bildirib ki, "Grok"un istifadəçilərə qadınları və uşaqları onlayn rəqəmsal mühitdə “çıxarma” imkanı verməsi ağlasığmazdır və "Deep Fake"lərin yaratdığı zərərlər çox realdır.

O əlavə edib:

"Uşaqların qorunması və razılıq məsələlərini Silikon Vadisinə həvalə etməyəcəyik. Onlar hərəkət etməsələr, biz hərəkət edəcəyik."

AB Komissiyası X-ə "Grok" ilə bağlı bütün daxili sənədləri və məlumatları təqdim etməsi üçün xəbərdarlıq göndərib. Bundan əvvəl isə platformaya Birlik rəqəmsal qanunlarına əməl etmədiyi üçün 120 milyon avro cərimə tətbiq olunub.

Qeyd olunur ki, "Grok" yanvarın əvvəlindən bəri icazəsiz cinsi məzmun və uşaqların cinsi görüntülərini yaradır və bu vəziyyət həm AB, həm də bir sıra Avropa ölkələrinin tənzimləyici qurumları tərəfindən araşdırılır.