Ursula von der Leyen müharibənin ildönümündə Ukraynaya səfər edəcək

Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen fevralın 23-də Ukraynaya səfər edəcək.

APA xəbər verir ki, bu barədə "RBK-Ukraine" məlumat yayıb.

Məlumata görə, onun səfəri Rusiya-Ukrayna müharibəsinin dördüncü ildönümünə həsr olunacaq.